Ofisiant qardaşların qanını tökən taksi sürücüsü saxlanıldı
23 sentyabr 2021 10:22 (UTC +04:00)

Ofisiant qardaşların qanını tökən taksi sürücüsü saxlanıldı

Bakıda qətl törədən şəxs tutulub.

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 22-i saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovun öldürülməsi,  qardaşı 20 yaşlı Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 24 yaşlı Sərxan Dadaşovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci   (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Sərxan Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Mehman Nəbiyev

Oxşar yazılar