Narkotikdən şoka düşən kişini tapdalayıb öldürdülər - Bakıda DƏHŞƏTLİ CİNAYƏT
10 yanvar 2023 20:15 (UTC +04:00)

Narkotikdən şoka düşən kişini tapdalayıb öldürdülər - Bakıda DƏHŞƏTLİ CİNAYƏT

CİNAYƏT İŞİ

Qısa arayış...

2012-ci il oktyabrın 10-u saat 21-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfərləri ərazidə xidmətdə olarkən “Köhnə Yasamal” qəbiristanlığında, yol kənarında, mühərriki sönülü vəziyyətdə olan gümüşü rəngli “Mercedes” markalı avtomobilin arxa oturacağında, uzanıqlı vəziyyətdə kişi meyiti aşkar ediblər.

Hadisə yerinə baxış keçirilərkən meyitin əynindəki şalvarın sağ cibindən şprits və içərisində, narkotik vasitə olan şüşə dərman qabı tapılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təhlükəsiz şəhər kameralarına baxış keçirilərkən, Cəfər Axundovun istifadəsində olan avtomobilin oktyabrın 10-u saat 20:46-da Mikayıl Müşfiq küçəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkət etməsi müəyyən olunub.

Hadisədən 10 il sonra, 2022-ci il mayın 27-də Baş Prokurorluq məlumat yayıb ki, Daxili İşlər və Ədliyyə Nazirliyi əməkdaşları ilə birgə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub.

Cinayəti törədən 1960-cı il təvəllüdlü Zöhrab Şirinov 1985, 1992, 2003, 2007, 2011 və 2015-ci illərdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 2012-ci il oktyabrın 10-u saat 14 radələrində Zöhrab Şirinov tanışı Rauf İsmayılova məxsus İsmayıl Qutqaşınlı küçəsi, 10 ünvanında yerləşən evdə Fəxrəddin Sultanov və Cəfər Axundovla birlikdə ineksiya yolu ilə narkotik maddə qəbul ediblər. Narkotikin təsirindən Axundovun hərəkət etmək və müqavimət göstərmək imkanı olmadığını görən Şirinov, divanda, üzü giriş qapısı istiqamətində arxası üstə uzanmış şəxsin üzərinə çıxaraq, qarın və sinə nahiyələrinə ayağı ilə zərbələr vurub. Cəfər Axundovun öldüyünə əmin olduqdan sonra, törətdiyi cinayəti gizlətmək və onun narkotik maddənin təsirindən öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq qərarına gəlib. Saat 20 radələrində tanışlarını və istintaqa məlum olmayan “Zura” adlı şəxsin köməyindən istifadə edərək, meyiti mərhumun mülkiyyətində olan «Mercedes» markalı (90-LV-150) avtomobilinin arxa oturacağına yerləşdiriblər. “Qurd qapısı” adlandırılan əraziyədə, “Köhnə Yasamal” qəbiristanlığında, cəsədi maşının arxa oturacağında uzanıqlı vəziyyətdə, cibinə şprits və içərisində, narkotik vasitə — tiryəkin izləri olan şüşə dərman qabını qoymaqla, ordan uzaqlaşıblar.

Cəfərin meyiti

İş üzrə dindirilmiş Zöhrab Şirinov bildirib ki, 2011-ci ildə cəzasının sonu ilə əlaqədar azadlığa buraxıldıqdan sonra Vəfa Şirinova ilə onun Binə qəsəbəsində yerləşən evində yaşayıb. Yasamal rayonu, Qədirli küçəsi, 7 ünvanında yerləşən ata mülkünü 2012-ci ildən kirayəyə verib:

Zöhrab İsmayılov

“Oktyabrın 10-da Qutqaşınlı küçəsində yaşayan tanışım Rauf İsmayılovun evinə gələndə, Fəxrəddin Sultanovun da orda olduğunu gördüm. Onlarla salamlaşıb, hal-əhval tutduqdan sonra “istifadə etməyə narkotik vasitə olub-olmadığını?” soruşdum. Fəxrəddin mənim telefonumla Cəfər Axundovla danışandan sonra, onun artıq yolda olduğunu söylədi. Fəxrəddin Raufa 5-6 manat pul verib “yemək, spirtli içki və şprits” almasını xahiş etdi. Cəfər gəlib cibindən tiryək və heroin bükümləri çıxarıb, masanın üzərinə qoydu. Fəxrəddin heroini qaynadıb, şpritsə çəkdi və eyni ölçüdə 5 yerə böldü. İnyeksiya yolu ilə narkotik vasitə qəbul edəndən sonra, Cəfərin halı pisləşdi. Onun nəbzini yoxlayıb, vurmadığını gördüm. Cəfəri evin döşəməsinə uzadandan sonra, ayılması üçün Rauf ona süni nəfəs verdi. Fəxrəddin boynunu, mən də əllərini ovuşdurdum. Bundan sonra Cəfərin ayaqlarının və qarnının üstünə çıxdım. Lakin onu heç cür ayılda bilmədik. Raufla birlikdə Cəfəri divana qoyduq. Bundan sonra, evdən çıxıb kafeyə getdim və orda spirtli içki qəbul etdim. Fəxrəddin mənə zəng edərək, “xarici markalı maşın idarə edə bilmədiyini” söyləyərək, məndən “Zura” ləqəbli şəxslə söhbət etməyimi xahiş etdi. Tanışım “meyit qalıb ortada, yerbəyer etmək lazımdır” dedi.

“Zura”nın dükanın qarşısında dayandığını görüb ona yaxınlaşdıq. “Zura” maşın sürməsini bildirəndən sonra, Raufun evinə qayıtdıq. Meyiti pilləkənlərlə aşağı düşürüb avtomobilin arxa oturacağına yerləşdirdik. Yasamal qəbiristanlığına çatandan sonra, mən “Zura”dan maşını saxlamasını xahiş etdim. Mən, Rauf və “Zura” cəsədi avtomobildə qoyaraq, piyada qeri qayıtdıq. Bundan sonra Binə qəsəbəsinə getdim. Yasamal rayonunda naməlum şəxsin meyitinin tapılması xəbərini televiziya vasitəsi ilə bildim”.

İstintaq fotosu

Zöhrab Şirinov əlavə edib ki, Cəfər Axundovla ədavəti olmayıb. Ayıltmaq üçün üzərinə çıxıb, onu tapdalayıb, amma zərbələr vurmayıb. Hadisənin, həmçinin spirtli içki və narkotik vasitənin təsirindən şok vəziyyətində olub. Cəfərin cibinə tiryəki və şpritsi qoymaqda hər hansı məqsəd olmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Axundova ifadəsində göstərib ki, Cəfər Axundovla 1990-cı ildə ailə həyatı qurub, nigahdan bir övladları dünyaya gəlib:

Cəfər Axundov

“Ərim “Azərbaycan Dəmir Yolları” QSC-də müvəkkil vəzifəsində işləyib. 2012-ci il oktyabrın 9-da Cəfər iş adı ilə evdən çıxdı. Növbəti gün, telefonu sönülü olduğundan saat 20 radələrində “102” xidmətinə zəng edərək, həyat yoldaşımın yoxa çıxması ilə bağlı məlumat verdim. Təxminən 10 dəqiqədən sonra, məni Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etdilər. Ora qardaşım və qaynımla birlikdə gedərək, izahat verdim və Cəfərin fotoşəkilini təqdim etdim. Gecə saat 1 radələrində bölmədən mənə məlumat verildi ki, ərimin meyiti avtomobildə Yasamal qəbiristanlığında tapılıb.

Bununla əlaqədar Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə getdik”.

Mətanət Axundova qeyd edib ki, Cəfər heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyib. Zöhrab Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb ediləndən sonra, onun Cəfəri qəsdən öldürdüyünü öyrənib.

Cəfərin avtomobili

Şahid Fəxrəddin Sultanov bildirib ki, oktyabrın 10-da Cəfər Axundovun halı pisləşəndən sonra Zöhrab Şirinov qarnının üstünə çıxaraq, 3-4 dəfə tullanıb-düşüb: 

“Rauf Zöhraba “niyə Cəfəri tapdalıdığını?” söyləyərək, onu aşağı saldı. Zöhrab söyüş söydü və Cəfəri təpiklə vurdu. Mən də “Niyə vurursan, insandır axı” deyərək, iradımı bildirəndə, Zöhrab təkrar söyüşlərlə “onun ölməli olduğunu” dedi. Cəfərin təngnəfəs olduğunu görən Rauf təcili tibbi yardım çağırmağı təklif edəndə, Zöhrab “Yox, özüm həll edəcəm hər şeyi” söylədi. Bundan sonra, Şirinov “Zura”nın arxasınca, mən isə çıxıb işə getdim. Hava qaralanda yenidən Raufun yanına keçdim. Raufun Zöhrabla birlikdə meyiti aşağı düşürtmələrini və avtomobilin arxa oturacağına qoyduqlarını gördüm. Onlar məhəllədən uzaqlaşandan sonra, öz evimə getdim. Növbəti gün Zöhrabla rastlaşanda o, Cəfərin meyitini aparıb, qəbiristanlığa qoyduqlarını dedi”.

Şahid Rauf İsmayılov göstərib ki, heç vaxt narkotik vasitə istifadə etməyib:

Rauf İsmayılov

“Meyiti düşürdüb avtomobilə qoydular. Mən arxa tərəfdə meyitin yanında, sükan arxasında tanımadığım şəxs, sürücünün yanında isə Zöhrab əyləşmişdi. Fəxrəddin Sultanov öz maşını ilə arxamızca gəldi. “Bəlkə avtomobili Qurd Qapısında, dağdan aşırdaq, iz itsin, bizlik olmasın” söylədikləri üçün, onlarla getmək qərarına gəldim ki, buna imkan verməyim. “Bu qədər də qəddarlıq olmaz” deyərək, Zöhrabı avtomobili dağdan aşırmaq fikrindən daşındırdım. Cəfəri qəbirstanlığa aparmağı təklif etdim. Zöhrab mərhumun şalvarının cibinə narkotik vasitə və şpritsi qoydu. Fəxrəddin bizimlə birlikdə qəbiristanlığa getmədi, yolunu dəyişərək başqa yerə getdi.

Meyiti qəbiristanlıqda qoyub uzaqlaşanda ətrafda heç kim yox idi. Zöhrab Şirinovun əvvəllər məhkum olunmasını bildiyim üçün, ondan çox qorxurdum”.

Cəfərin cibindən tapılanlar

Təqsirləndirilən şəxs vaxtı ilə Cəfər Axundovun məlumatı əsasında polis tərəfindən həbs edildiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Şirinov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7800
avatar

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30