Ələ keçirilən narkotiklər
13 oktyabr 2021 17:51 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Narkotik alveri edəndə tutuldu - FOTO

Göygöldə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Pərviz Həsənov saxlanılıb.

Rayon Polis Şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda, müxtəlif bükümlərdə narkotik maddə olan metamfetamin, heroin və narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin həmin narkotikləri qablaşdırmaq üçün xüsusi vasitələr aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1371
avatar

Mehman Nəbiyev

Oxşar yazılar