Narkotacirdən tapılan silah sursat
04 avqust 2021 09:02 (UTC +04:00)

Narkotacirdən tapılan silah sursat

Narkotacirdən "Kalaşnikov" və 1000-dən çox güllə tapıldı-FOTO

Gəncə sakində narkotik və silah aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlham Cəfərovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan 66 ədəd ümumi çəkisi 4 kq 510 qram çətənə kolu və 0.690 qram qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İ. Cəfərovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 3 ədəd həmin avtomata məxsus daraq, 1 ədəd susturucu və 1088 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

# 2235
avatar

Mehman Nəbiyev

Oxşar yazılar