Meksikanın Sinaloa ştatında hüquq-mühafizə orqanlarının Sinaloa narkokartelinin keçmiş lideri Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopezin saxlanması üçün keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 29 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə müdafiə naziri Luis Sandoval mətbuat konfransında bildirib.
“Hökumət orqanlarının hesablamalarına görə, 19 cinayətkar öldürülüb, 10 hərbçi xidməti borcunu yerinə yetirərkən həyatını itirib. Bundan başqa, 35 əsgər yaralanıb, onlara lazımi tibbi yardım göstərilir. Təhlükəsizlik qüvvələrinə hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarla odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb” – deyə nazir bildirib.