“Mitsubishi”dən avtomat tapıldı
27 oktyabr 2021 14:11 (UTC +04:00)

“Mitsubishi”dən avtomat tapıldı

Baş Dövlət Yol Polisi İdarəsi və İmişli rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə oktyabrın 26-da Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini S.İmanovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə baxış zamanı oradan “AK-74” markalı silah aşkar edilərək götürülüb. S.İmanov və sərnişini - Çaxırlı kənd sakini M.Rəhimov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 8427
avatar

Mehman Nəbiyev

Oxşar yazılar