Minik maşını "KaMaz"la toqquşdu, ölən var
04 fevral 2021 09:12 (UTC +04:00)

Minik maşını "KaMaz"la toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az FHN-ə istinadla xəbər verir ki, Xəzər rayonunda “Toyota” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan şəxsiyyəti naməlum olan 1 nəfərin meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 2328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar