Valentina Trespalasis
27 yanvar 2023 10:17 (UTC +04:00)

Valentina Trespalasis

Məşhur DJ-i öldürüb zibil qutusuna atdılar - FOTO

Kolumbiyada dəhşətli qətl hadisəsi olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Boqota şəhərində baş verib. Zibil qutularının birində ölkənin məşhur DJ-i Valentina Trespalasisin meyiti aşkarlanıb.

Dərhal hüquq-mühafizə orqanları faktla bağlı əməliyyatlara başlayıb. Məlum olub ki, İnstaqramda minlərlə izləyicisi olan məşhur DJ-i sevgilisi ABŞ-ın Texas ştatından olan 3 uşaq atası Con Pauolos öldürüb. O, Panamda hava limanında, İstanbul təyyarəsinə minərkən saxlanılıb. Daha sonra Kolumbiyaya təhvil edilib.

Ancaq Paulos cinayəti narkotacir şəbəkəsi üzvlərinin törətdiyini bildirib. Onun sözlərinə görə, Kolumbiyadakı narkotacir şəbəkələrindən biri onu izlədiyi üçün ölkədən qaçıb. Sevgilisini də məhz həmin dəstə üzvləri öldürüblər.

Hazırda cinayəti törədən digər şəxslərin axtarışları davam edir.

Valentina Trespalasis

Cəsədin aşkarlandığı zibil qutusu

# 2433
avatar

Oxşar yazılar