Ukraynanın Kiyev vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları islah müəssisələrində məhbuslardan hədə-qorxu ilə pul tələb edən cinayətkar dəstəni ifşa ediblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, qrupu “Qequ Ozurgetski” ləqəbli “qanuni oğru” təşkil edib. Qrup üzvləri bu yaxınlarda saxlanma yerlərini tərk edərək pul tələb etmək və nəqliyyat vasitələrinə qanunsuz sahiblik etməkdə “ixtisaslaşıblar”.
İstintaqın məlumatına görə, ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə ittihamı ilə bir neçə müddətə azadlıqdan məhrumetmə cəzasını çəkən Heqa cəzaçəkmə müəssisəsində olarkən iki “kriminal avtoritet” qrupunun fəaliyyətində iştirak edib. Onlardan biri “Axsaq” ləqəblidir.
Məlumata əsasən, onlar Kiyev vilayəti ərazisindəki islah müəssisələrində saxlanılan şəxslərdən “oğru tanışları”na tabe olmadıqları üçün pul tələb ediblər. Təşkilatçının göstərişinə əsasən, cinayətkar dəstənin üzvləri əvvəlcə həbs olunanları fiziki zorakılıqla hədələyiblər. Hətta bəzən onları ölümlə şantaj ediblər.
Hazırda qruplaşmanın təşkilatçısı və üzvlərindən biri hədə-qorxu ilə pul tələb etməkdə və nəqliyyat vasitələrinə qanunsuz sahiblik etməkdə şübhəli bilinir. Onun barəsində Ukrayna Cinayət Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsi və 289-cu maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Təşkilatçı həmçinin cinayət təsiri yaratmaqda və ya yaymaqda da ittiham olunur.
Xatırladaq ki, 2020-ci ildə “Heqa Ozurqetski” kimi tanınan “qanuni oğru” Georgi Kiladze 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan bir neçə il əvvəl gürcü “qanuni oğru” “Qequ Ozurgetski”nin Ukraynadan qovulması xəbəri yayılıb. Əməliyyatçılara məlum olub ki, o, rayonlardakı cinayət proseslərinə təsirini yaratmaq və genişləndirmək, ayrı-ayrı mütəşəkkil dəstələrin cinayət əməllərini gücləndirmək üçün fəaliyyətini birləşdirmək, onların fəaliyyətinin təşkilində ümumi təşkilati-inzibati funksiyaları yerinə yetirmək niyyətində olub.