Bakıda marketdə quldurluq hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində baş verib. Naməlum şəxs marketdə satıcını bıçaqla hədələyərək 300 manat pulu quldurluq yolu ilə ələ keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı paytaxt sakini Sübhan Quliyev saxlanılıb.
Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə məhkum olunduğu üzə çıxıb.