Lənkərandakı  DƏHŞƏTLİ   hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
03 sentyabr 2021 16:47 (UTC +04:00)

Lənkərandakı DƏHŞƏTLİ hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Lənkəranda baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

Lənkəran rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, sentyabrın 3-ü saat 13 radələrində rayonun Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 42 yaşlı Şaiq Məmmədov və oğlu 9 yaşlı Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Mehman Nəbiyev

Oxşar yazılar