Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Girdəni kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə naməlum şəxslər basqın edib. Belə ki, qarət məqsədilə küt alətlərlə məntəqənin əməkdaşlarına edilən hücum nəticəsində 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov müxtəlif nahiyələrdən bədən xəsarətləri alıb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyata götürülüb.
Hazırda qarət istəkləri baş tutmayan və hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.