Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində kişi mübahisə zamanı 52 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə sentyabrın 30-a keçən gecə baş verib. Əvvəllər məhkum olunmuş şəxs yaşadığı mənzildə sərxoş vəziyyətdə olub və qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadına balta ilə ölümcül zərbələr vurub.
Öz növbəsində hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, qadın ərinə tez-tez çiçək, hədiyyə vermədiyi və onu heç yerə aparmadığı barədə şikayətlər edib. Mübahisə də məhz bu səbəblə yaranıb və nəticədə kişi arvadını öldürüb.