Keşiş arvadını öldürdü, başını kəsib soyuducuda gizlətdi
01 noyabr 2023 15:38 (UTC +04:00)

Keşiş arvadını öldürdü, başını kəsib soyuducuda gizlətdi

Tatarıstanın Nijnekamsk şəhərində dəhşətli qətl baş verib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Kronştadt Müqəddəs İohann kilsəsinin keşişi Mixail Zubarev arvadını vəhşicəsinə öldürüb, meyitini isə parçalara ayırıb və başını soyuducuda gizlədib.

Ehtimal edilir ki, keşiş hadisəni qısqanclıq zəminində törədib. Məlumata görə, o, həyat yoldaşını bıçaqlayıb.

Müəyyən edilib ki, qadının qalıqlarını ilk dəfə onun səkkiz yaşlı qızı aşkar edib. Bir az sonra 17 yaşlı oğlan evə qayıdıb və polisə müraciət edib.

Zubarev saxlanılıb, istintaq aparılır.

Uşaqlar hazırda xəstəxanadadırlar, onlara psixoloji yardım göstərilir. Daha sonra onlar qohumlarına təhvil veriləcək.

Qeyd olunur ki, Zubarevə kilsədə xidmət etmək 17 oktyabrdan etibarən şikayətlərə görə qadağan edilib. Şikayətlərə səbəb isə onun müqəddəs hədiyyələrə etinasız yanaşması və ilahi xidmətlərin müqəddəsliyini pozmasıdır. Zubarev Tatarıstana Murmansk vilayətindən gəlib.

# 3687
avatar

Oxşar yazılar