Keçmiş polis  kriminal avtoriteti   öldürməkdə şübhəli bilinir
26 yanvar 2023 01:35 (UTC +04:00)

Keçmiş polis kriminal avtoriteti öldürməkdə şübhəli bilinir

Sankt-Peterburqda bir sıra qətllərdə təqsirli bilinərək beynəlxalq axtarışda olan Daxili İşlər Nazirliyinin 55 yaşlı təqaüdçüsü Dmitri Skvortsov 1995-ci ildə 26 yaşlı rusiyalının sifarişli qətlini təşkil etməkdə şübhəli bilinir. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə rəsmi nümayəndəsi Sergey Kapitonov məlumat verib.

İstintaqın məlumatına görə, Skvortsov yerli kriminal avtoritetə qarşı düşmənçilik hiss edərək onu aradan götürmək qərarına gəlib. Bunun üçün o, iki killer tapıb və onlara pul ödəyib. 1995-ci il martın 14-də Slava prospektindəki evlərin birində kriminal avtoritet TT tapançasından 3 atəşlə öldürülüb.

Uzun müddət cinayətin üstü açılmayıb.

Hazırda qətli törədənlərdən birinə qarşı cinayət işi açılıb. İkinci qatil 2003-cü ildə ölüb. Skvortsova münasibətdə məhkəmə ekstradisiya və ya həbs edildiyi andan iki ay müddətinə qiyabi həbs şəklində həbs qətimkan tədbiri seçib.


 

# 2676
avatar

Oxşar yazılar