Keçmiş məhkumun evindən 12 kilodan çox heroin çıxdı
21 sentyabr 2021 14:21 (UTC +04:00)

Keçmiş məhkumun evindən 12 kilodan çox heroin çıxdı

Astarada narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş A.Həbibov rayon ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 75 qram tiryək və 1 ədəd plastik kart aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 12 kiloqramdan artıq heroin, 910 qram tiryək, 2 kiloqramdan artıq heroin, metamfetamin və elektron tərəzi götürülüb.

# 1755
avatar

Mehman Nəbiyev

Oxşar yazılar