Ələ keçirilən narkotiklər
15 sentyabr 2021 10:47 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Keçmiş məhkum olan narkotacir tutuldu: 7 kilodan çox heroin... - FOTO

Cəlilabadda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Qarayevin yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqramdan artıq heroin, 1 kiloqram 200 qrama yaxın tiryək, 251 qram metamfetamin, bir ədəd elektron tərəzi, əlavə olaraq yaşadığı evin yaxınlığında çöllük ərazidə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, R.Qarayev narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və deyiləcək yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təmin etməli imiş.

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Mahmud Cəfərov və Famil Əskərov saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, tiryək və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

# 1869
avatar

Mehman Nəbiyev

Oxşar yazılar