Keçmiş məhkum "Kalaşnikov"la tutuldu
01 fevral 2023 13:37 (UTC +04:00)

Keçmiş məhkum "Kalaşnikov"la tutuldu

Şəmkirdə odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Aslanovdan heroin, “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 2109
avatar

Oxşar yazılar