Kamandar Nəsibov
09 yanvar 2025 11:18 (UTC +04:00)

Kamandar Nəsibov

Kamandar Nəsibovun partnyoruna HÖKM OXUNDU

Vəkil Babək Rzayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlu barəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda toplanmış materiallar əsasında cinayət işi başlanıb.

Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib alması sübut olunub.

İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunub.

İstintaq dövründə onun barəsində əvvəlsə həbs qətimkan tədbiri seçilib, sonradan bu, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25.09.2024-cü il tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Oxşar yazılar