İki gürcü “qanuni oğru” Qiya Qiorqadze və Tengiz Lakerbaia xəstəlikdən ölüblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Qiorqadze 62 yaşında Türkiyədə vəfat edib. O, oğrular dünyasının Tiflis patriarxı Arsenin qudası idi.
Tengiz Lakerbaya
Kriminal aləmdə Tenqulyaş kimi tanınan Tengiz Lakerbaya yanvarın 8-də sətəlcəmdən Suxumidəki respublika xəstəxanasında vəfat edib. Onun 41 yaşı var idi. O, 10 il əvvəl “qanuni oğru” Merab Canqveladzenin klanı tərəfindən taclandırılıb.
İstintaq Lakerbayı Qudauti “qanuni oğruları” Astamur Şamba (Astik) və Alxas Avidzbanın (Xasik) ikiqat qətli ilə bağlı işdə əsas şübhəli hesab edib.
2019-cu il noyabrın 22-də maskalı bir qrup naməlum şəxs avtomobillə Leona prospektində yerləşən “San Remo” restoranına gələrək müştərilərə avtomat silahlardan atəş açıb. Astik və Hasik öldürülüb, onlarla masa arxasında oturan şəxs və onlara xidmət edən ofisiant yaralanıb. O, xəstəxanada dünyasını dəyişib.