İdmançı canlı yayım açıb 3 nəfəri öldürdü - Film kimi QƏTL
12 avqust 2023 14:33 (UTC +04:00)

İdmançı canlı yayım açıb 3 nəfəri öldürdü - Film kimi QƏTL

Bosniya və Herseqovinada dəhşətli qətl hadisəsi olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, fitness müəllimi olan Nərmin Süleyamnoviç sosial şəbəkədə canlı yayım açaraq, əvvəlcə odlu silahla keçmiş arvadını öldürüb. Daha sonra o, yol ilə gedən ata-oğul türklərin həyatına son qoyub.

Bundan sonra polis şəhərə həyəcan siqnalı verərək sakinləri tədbir görməyə çağırıb. N. Süleyamnoviç qaçarkən polislərə atəş açıb. Nəticədə 1 polis, öldürdüyü türk gəncin anası və daha bir nəfəri yaralayıb.

Sonda onun intihar etdiyi bildirilir. Məlumata əsasən, qatil əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi və polisə müqavimət göstərməkdə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3732
avatar

Oxşar yazılar