Qubanın icra başçısı Ziyəddin Əliyev və jurnalist Cəmil Məmmədli
15 mart 2021 17:28 (UTC +04:00)

Qubanın icra başçısı Ziyəddin Əliyev və jurnalist Cəmil Məmmədli

İcra başçısı jurnalisti məhkəməyə verdi - SƏBƏB

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli barəsində məhkəməyə müraciət edib.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar artıq Xaçmaz rayon Məhkəməsinə təqdim edilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Jurnalist C.Məmmədlinin icra başçısı Z.Əliyev haqqında məqalələr yazdığı üçün məhkəməyə verildiyi bildirilir. O, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Cinayət Məcəlləsinin sözügedən maddəsi ilə jurnalisti iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991
avatar

Mehman Nəbiyev

Oxşar yazılar