Hindistanda bir kişi spirtli içki almaq üçün ona pul verməkdən imtina edən anasını öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Maharaştra ştatının Latur şəhəri yaxınlığında baş verib. Axşam saatlarında Satala kəndinin 23 yaşlı sakini Dhyaneşvar anasından spirtli içki üçün pul istəyib. Anası, 40 yaşlı Sanqita Natrao Munde isə imtina edib.
Nəticədə qohumlar arasında dava düşüb. Bu zaman gənc oğlan təkər dəmirini götürüb Mundenin başına vurub. Hindistanlı qadın yerə yıxılaraq ağır yaralanıb. Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər.
Qadının əri hadisə zamanı başqa kənddə olub. O, dərhal evə gələrək oğluna qarşı polisə ərizə yazıb. Dhyaneşvar həbs olunub.