Dzerjinsk sakini adam öldürməkdə ittiham edilərək saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, öldürülən adamın iti təqsirləndirilən şəxsin itinə hücum edib.
Hadisə noyabrın 1-də Budyonnı küçəsində baş verib. Təqsirləndirilən şəxs naməlum kişi ilə mübahisə zamanı onun qarnına bıçaqla xəsarət yetirib.
Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hesabatda qeyd olunur ki, şəxs ittihamlar üzrə qismən təqsirli olduğunu etiraf edib. Dindirilmə zamanı o, münaqişənin mərhumun ev heyvanının itinə təcavüzü nəticəsində yarandığını bildirib.