Həmkəndlisini güllələyən şəxs İSTİNTAQA CƏLB EDİLDİ
31 iyul 2021 12:06 (UTC +04:00)

Həmkəndlisini güllələyən şəxs İSTİNTAQA CƏLB EDİLDİ

Həmkəndlisini güllələyən şəxs barəsində cinayət işi başlanıb

İyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Kürdəmir Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2829
avatar

Oxşar yazılar