Həmkəndlisini bıçaqlayıb qaçdı
18 oktyabr 2021 19:09 (UTC +04:00)

Həmkəndlisini bıçaqlayıb qaçdı

Zaqatala rayonu, Dağlı kənd sakinləri 39 yaşlı Müslümov Rəşad Məhərrəm oğlu və 31 yaşlı Cavadov Ronal Mikarram oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Lent.az-ın məlumatına görə, mübahisə zamanı R. Cavadov R. Müslümovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

R. Cavadovun tutulub istintaqa təhvil verilməsi istiqamətində tədbir aparılır. 

 

# 1731
avatar

Oxşar yazılar