Sabirabad sakinindən odlu silah götürülüb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Sabirabad rayon Polis Şöbəsinə sentyabrın 22-də saat 20 radələrində əvvəllər məhkum olunmuş Y.Mehdiyevin evinin həyətində tüfəngdən havaya 2 dəfə atəş açması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Y.Mehdiyev saxlanılıb. Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Ondan qanunsuz saxladığı lüləsi kəsilmiş “TOZ-63” markalı ov tüfəngi, 21 ədəd patron, 2 ədəd bıçaq, yaşadığı evə baxış zamanı metamfetaminə oxşar kütlə aşkar edilərək götürülüb.