Nyu-Yorkda gürcü cinayətkar dəstəsinin 4 üzvü saxlanılıb və onlara qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” televiziya şirkəti məlumat yayıb.
Saxlanılanlar arasında qanuni oğru Vaja Qabadadze (Natan Yusupov) və onun üç şəriki - Kaxa Katsadze, Tava kimi tanınan Teymuraz Tavberidze və David Tikaradze də var.
Nyu-York prokurorluğunun məlumatına görə, noyabrın 14-də həbs edilən dörd nəfərin hamısı Kutaisidəndir.
İttihama görə, 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər qrup üzvləri zərərçəkmişi zorakılıqla hədələyərək ondan pul tələb ediblər.
Qrup üzvlərinin təqsiri sübuta yetirilərsə onları 20 ilə qədər həbs gözləyir.
Vaja Qabadadze 1983-cü ildə anadan olub. Ona 28 oktyabr 2012-ci ildə Afinada Ded Hasan klanı tərəfindən tac qoyulub.