Göyçayda qumbara satanın başına görün nə gəldi
23 oktyabr 2021 12:53 (UTC +04:00)

Göyçayda qumbara satanın başına görün nə gəldi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özlərini hüquq-mühafizə orqanları əməkdaşı kimi təqdim edən 5 nəfərin Göyçay rayon sakini M.Mikayılova 2 ədəd “F-1” markalı qumbaranı satdığı üçün hədə-qorxu gələrək 30000 manatını almaları barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Bədəlov, B.İslamov, Qazax rayon sakini E.Məmmədrzayev, Masallı rayon sakini R.Əsgərov və Şamaxı rayon sakini K.Qədimov qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Həmin 2 ədəd “F-1” qumbarası onlardan götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

# 1398
avatar

Oxşar yazılar