Goranboyda evə BASQIN:  atəş açıb 3 nəfəri döydülər
07 aprel 2023 09:09 (UTC +04:00)

Goranboyda evə BASQIN: atəş açıb 3 nəfəri döydülər

Goranboyda evə basqın olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Börü qəsəbəsi ərazisində yerləşən 30 yaşlı Məmmədov Surət Mətləb oğlu qardaşı Samir, anası Əliyeva Şəfiqə Əli qızı və atası Mətləblə birlikdə Asəf Yunislinin həmin rayonun Börü qəsəbəsində yaşadığı evinin həyətinə daxil olublar. Surət Məmmədov özü ilə gətirdiyi “Sarsılmaz” markalı, M204 STD modelli, üzərində 09Y00184 nömrələri qeyd edilmiş ov silahı ilə 56 yaşlı Zamanov Elxan Yunus oğluna odlu silahdan 1 dəfə atəş açaraq həmçinin həmin silahın qundağı və dəyənəklə Elxanla yanaşı, onun ailə üzvləri Asəf və Maniyəni döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Xocalı RPŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Mehman Nəbiyev

Oxşar yazılar