Gəncədə sürücü 17 yaşlı oğlanı maşınla qəsdən  vurub öldürdü - YENİLƏNİB
15 noyabr 2025 11:20 (UTC +04:00)

Gəncədə sürücü 17 yaşlı oğlanı maşınla qəsdən vurub öldürdü - YENİLƏNİB

0

Gəncədə 17 yaşlı piyadanın ölməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisədən əvvəl 17 yaşlı Ə. Qurbanov "VAZ 2107"-in sürücüsü Gəncə şəhər sakini 28 yaşlı Ə. Fərzəliyevlə mübahisə edib.

Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib.

Ə. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə. Fərzəliyevin "VAZ-2107" ilə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Məlumata görə, 17 yaşlı Ə. Qurbanov hadisə baş verən gün Ə. Fərzəliyevin avtomobilini qaçırıbmış.

Hadisədən sonra "VAZ 2107"-in sürücüsü polisə təslim olub.

Ə. Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

***
02:23

Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Ə. Qurbanovu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1166

Oxşar yazılar