Gəncədə  QULDURLUQ:   əcnəbinin bütün pullarını əlindən aldılar
20 sentyabr 2021 13:56 (UTC +04:00)

Gəncədə QULDURLUQ: əcnəbinin bütün pullarını əlindən aldılar

Gəncədə quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinə müraciət edən əcnəbi vətəndaş R.Mustafa sentyabrın 19-da saat 3 radələrində Gəncə şəhəri Hacıməlik qəsəbəsi ərazisində 3 nəfərin onu kəsici alətlə hədələyib 428 manat pulunu aldıqlarını bildirib.

Polis əməkdalarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Sadıqov, əvvəllər məhkum olunmuşlar - R.Tağıyev və K.Abbasov avtomobillə birgə Sumqayıt şəhəri ərazisində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 1821
avatar

Mehman Nəbiyev

Oxşar yazılar