Gəncə sakinini bıçaqla qorxudub pulun və telefonunu aldılar
09 mart 2023 12:48 (UTC +04:00)

Gəncə sakinini bıçaqla qorxudub pulun və telefonunu aldılar

Gəncədə quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 8-də naməlum şəxslər şəhər sakini Z.Namazovu bıçaqla hədələyib 1130 manat, 200 ABŞ dolları pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Daşkəsən rayon sakini R.Mirzəyev və Göygöl rayon sakini A.Sadıxov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 2859
avatar

Oxşar yazılar