Samuxda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə iyulun 6-da saat 21:30-da baş verib. Gədəbəy rayon Gərgər kənd sakini 28 yaşlı Rəsulov Elşad Nikolay oğlu döş qəfəsinin bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət alaraq Gəncə şəhər A.Səhhət adına xəstəxanaya daxil olub.
Faktla bağlı araşdırma aparılır.