Astara və Bərdədə evlərdən narkotik maddələr aşkarlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astara rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın, habelə yaşadığı evə baxış zamanı oradan 6 kiloqram 620 qram marixuana aşkar edilərək götürülüb.
Həmçinin, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə Koroğlu küçəsində yaşayan əvvəllər məhkum olunmuş R.Quliyevin evinə baxış zamanı oradan 8 kiloqram 895 qram marixuana aşkar edilərək götürülüb.