Masallıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ərkivan qəsəbə sakini L.Səmədova saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.