Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinyətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, bu il yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb.
Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Bildirilib ki, Gülnar Vəlizadə həyat yoldaşı Elşən Hadızadə ilə birlikdə Suraxanı rayonu, Hövsan qəbəsində bir otaqlı evdə yaşayıblar. İki azyaşlı övladları var. Cütlük tələbə yoldaşı olublar və öz istəkləri ilə ailə həyatı qurublar.