Volqoqrad vilayətində evli cütlük birlikdə içki içdikləri 3 dostunu öldürüblər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Kotelnikovo şəhərində törədilib. Cütlük üç dostu ilə spirtli içki içərkən, aralarında mübahisə düşüb. Nəticədə ər-arvad və onların iki dostu digər dostlarını döyərək öldürüb, cəsədi isə çuxura ataraq üstünü torpaqla örtüblər. Bir müddət sonra ər-arvad iki ortaqdan biri ilə sui-qəsd qurub, digər dostlarını da öldürmək qərarına gəliblər.
Onlar öldürmək istədikləri dostlarını balıq tutmağa çağırıblar. Burada cütlük və onların dostu kişini öldürərək cəsədi suya atıblar.
Şübhəlilər saxlanılıb, onların hesablarında ötən payızda törədilən daha bir qətlin olduğu üzə çıxıb.