İspaniya polisi ən çox axtarılan cinayətkarlardan birini həbs edib.
Lent.az bildirir ki, bu barədə “El Pais” məlumat yayıb.
Nəşrin məlumatına görə, saxlanılan 37 yaşlı şəxs cinayətkar təşkilatın üzvüdür və kompüter texnologiyaları üzrə ixtisaslaşmışdır. O, işgəncə, adam oğurluğu, qanunsuz odlu silah saxlamaqda ittiham olunur.
Həbs edilən şəxsin də daxil olduğu cinayətkar dəstə külli miqdarda narkotik vasitələrin oğurluğu ilə də məşğul olub.