ABŞ-ın Texas ştatının sakini Cared Dikus həyat yoldaşı Enqqi Diasla evləndikdən 3 ay sonra onun başını kəsib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Dikus və Dias 2022-ci ilin oktyabrında evləniblər. Onlar kişinin valideynlərinin evinin arxasındakı kiçik otaqda yaşayırdılar. Qadın idmanla məşğul olub, məşqlərini yazıb və digər insanları aktiv həyat tərzi sürməyə həvəsləndirib. “O, optimist idi. Dikus onu xoşbəxt etmişdi və o, ona yaxşı əhval-ruhiyyə bəxş etmişdi", - yeni evlənənlərin qonşusu deyib.
Lakin yanvarın 11-də Dikusun atası polisə gedərək cütlüyün evində nəsə xoşagəlməz hadisə baş verdiyini deyib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Diasın başsız bədənini qan içində tapıblar. Daha sonra polis mətbəx bıçağı tapıb, ehtimal ki, Dikus arvadını öldürüb.
Həmin şəxs tutularaq polis bölməsinə aparılıb. Onun bütün ailə üzvləri dindirilib. Təqsirləndirilən şəxs hazırda Uoller dairəsindəki həbsxanasındadır. Polis baş verənlərin bütün təfərrüatlarını öyrənməyə çalışır. “O, heç vaxt əsəbi olmayıb. Heç vaxt qəddar bir şey edən tip olmayıb. O, sevdiklərini, qayğı göstərdiklərini qoruyub”, - şoka düşən qonşu deyir.