İnterpol əməkdaşları Tanzaniyada beynəlxalq axtarışda olan “Vova Puxlıy” kimi tanınan kriminal avtoritet Vladimir Jurakovskini saxlayıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 60 yaşlı “qanuni oğru” Vladimir Jurakovski Tanzaniyada Rusiya ədliyyəsindən gizlənib. Cinayət rəhbəri həbs edildikdən sonra onun vətəninə ekstradisiyası məsələsi həll olunacaq.
Dörd dəfə məhkum olunmuş “qanuni oğru” son 10 ildə Türkiyədə yaşayıb. 2023-cü ilin əvvəlində Antalyada həbs edilib və bir neçə ay həbsdə yatıb, lakin onu axtaran İnterpoldan yayına bilib.
Vladimir Jurakovski 1963-cü ildə anadan olub və 2001-ci ildə kriminal boss “Ded Xasan” tərəfindən tac qoyulub.