Daha bir rayonda "patı" satanlar tutuldu -FOTO
01 oktyabr 2021 14:44 (UTC +04:00)

Daha bir rayonda "patı" satanlar tutuldu -FOTO

Siyəzəndə narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rüfət Əbdülov və Xəyal Abdullayev saxlanılıblar.

Onların üzərinə və ikinciyə məxsus avtomobilə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

# 4083
avatar

Mehman Nəbiyev

Oxşar yazılar