Narkotikə görə saxlanılanlar
23 sentyabr 2021 15:47 (UTC +04:00)

Narkotikə görə saxlanılanlar

Daha 6 narkotacir ələ keçdi - FOTO

Astarada 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ərçivan qəsəbəsinin sakini Emil Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 7 qrama yaxın, yaşadığı evin həyətindəki yarımçıq tikilidən isə 6 kiloqram 620 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 5 nəfər rayon sakini Emil Cəfərov, qardaşı İlqar Cəfərov, Rüfət Abdullayev, Gülxan Kərimov və Təbriz Mirzəyev saxlanılıblar. Onlardan hazır bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 3561
avatar

Mehman Nəbiyev

Oxşar yazılar