Cəlilabadda anbardan külli miqdarda oğurluq olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, sentyabrın 18-də “Cəlilabad Broyler” ASC-yə məxsus anbardan 50.000 manat dəyərində 50 ton yem oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri E.İsmayıllı, V.İsmayıllı və R.Nuriyev saxlanılıblar.