Fevralın 3-də ölkədə qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.