Bərdədə yeniyetmə qonşusunu bıçaqladı
11 iyul 2023 11:25 (UTC +04:00)

Bərdədə yeniyetmə qonşusunu bıçaqladı

Bərdədə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Qarağacı kəndində baş verib. Kənd sakini 17 yaşlı Zöhrab Səxavət oğlu Əsgərov münaqişə zəminində qonşusu 56 yaşlı Sahib Muxtar oğlu Bayramovun qarın, kürək və qoltuqaltı nahiyəsinə bıçaqla xəsarət yetirib.

Z.Əsgərov saxlanılıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

# 3099
avatar

Oxşar yazılar