Baltalayıb adamı öldürdü, qaçanda maşın vurdu - BAKI FİLM KİMİ CİNAYƏT İŞİ
14 fevral 2025 18:26 (UTC +04:00)

Baltalayıb adamı öldürdü, qaçanda maşın vurdu - BAKI FİLM KİMİ CİNAYƏT İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan Təbriz Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
 
Lent.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Təbriz Həsənov bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkum olunub.

Təqsirləndirilən şəxs ittiham aktını almadığını bildirib.

Təbriz Həsənov ittiham aktını almadığından hazırlıq iclasının davamı fevralın 21-nə kimi təxirə salınıb.

Xatırladaq ki, ötən il oktyabrın 13-ü saat 22 radələrində Yasamal rayonu ərazisindən Kliniki Tibbi Mərkəzə ağır xəsarətlərlə Azər İbrahimov çatdırılsa da, orada dünyasını dəyişib.

Təcili Tibbi Yardıma və polisə zəng edən vətəndaş, onu küçədə zibil qutularının yanında aşkar etməsi haqda məlumat verib.
 
Araşdırma zamanı məlum olub ki, Azər İbrahimov tanışları ilə birlikdə kafedə yeyib-içdikdən sonra dava zamanı naməlum şəxs balta ilə onun qoluna və kürəyinə zərbələr endirib.

Cinayəti törədib, hadisə yerindən uzaqlaşmaq istəyən Təbriz Həsənov naməlum avtomobil tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Sağalandan sonra, onun barəsində həbs tədbiri seçilib və o, istintaq təcridxanasına köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148

Oxşar yazılar