Balakəndə yasda QAN TÖKÜLDÜ:  oğul pula görə atasını bıçaqladı - YENİLƏNİB
06 oktyabr 2022 10:15 (UTC +04:00)

Balakəndə yasda QAN TÖKÜLDÜ: oğul pula görə atasını bıçaqladı - YENİLƏNİB

Balakəndə oğulun atasını bıçaqlamasının təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, iddialara əsasən, hadisələr Ramil Şabanovun nənəsinin yasında başlayıb. Yasdan sonra isə Ramil atası Mahamadan pul istəyib. Bu zaman isə ata oğluna pul verməyib.

Nəticədə mübahisə böyüyüb və Ramil Şabanov atasını bıçaqlayıb.

***
Saat: 09:40

Balakəndə bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. 29 yaşlı kənd sakini Ramil Şabanov atası 55 yaşlı Mahama Şabanovu bıçaqlayıb.

Hadisənin hansı səbəbdən başverməsi hələlik bilinmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 9291
avatar

Mehman Nəbiyev

Oxşar yazılar