Balakəndə kişi evini yandırıb.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 4 radələrində Qazma kəndində qeydə alınıb.
Kənd sakini 55 yaşlı Məmmədov Camal Hidayət oğlu əvvəlcə yaşadığı evi yandırıb. Sonra isə ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Hadisənin hansı səbəblə baş verdiyi məlum deyil.
Araşdırma aparılır.