Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində 3 nəfər bıçaqla hədələnib, onların birindən içərisində 2.000 ABŞ dolları və sənədlər olan cüzdanı quldurluq yolu ilə talanıb. Bu barədə polisə məlumat daxil olub.
Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Cavadov və Biləsuvar rayon sakini Asif Bağışov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.